Yuxarı
    Bağlamaq

    ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

    Sanksiyalar energetika, maliyyə və müdafiə sahələrini əhatə edəcəklər

    Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Həmin sanksiyalar energetika, maliyyə və müdafiə sahələrini əhatə edəcəklər. Report xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir. 

    Yeni məhdudiyyətlər "Rusiyanın siyasi baxımdan təcridini gücləndirəcək, prezident Putin və onun ətrafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələrə təsir edəcək". 

    Bəyanatda qeyd olunub ki, əgər Rusiya Minsk razılaşmaları ilə müvafiq öhdəliklərini yerinə yetirərsə, Ağ Ev sanksiyaları ləğv edə bilər. 

    Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən qüvvəyə minir. Brüssel Rusiyanın üç müdafiə müəssisəsi və üç energetika şirkətləri üçün Aİ-nin kapital bazarına girişini məhdudlaşdıracaq. Yeni sanksiyalar paketi həmçinin Rusiyanın ən iri dövlət banklarına, eləcə də 24 fiziki şəxsə qarşı tətbiq olunacaq. Tədbirlər qaz sektoruna şamil edilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi