Yeni məhdudiyyətlər "Rusiyanın siyasi baxımdan təcridini gücləndirəcək, prezident Putin və onun ətrafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələrə təsir edəcək".
Bəyanatda qeyd olunub ki, əgər Rusiya Minsk razılaşmaları ilə müvafiq öhdəliklərini yerinə yetirərsə, Ağ Ev sanksiyaları ləğv edə bilər.
Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən qüvvəyə minir. Brüssel Rusiyanın üç müdafiə müəssisəsi və üç energetika şirkətləri üçün Aİ-nin kapital bazarına girişini məhdudlaşdıracaq. Yeni sanksiyalar paketi həmçinin Rusiyanın ən iri dövlət banklarına, eləcə də 24 fiziki şəxsə qarşı tətbiq olunacaq. Tədbirlər qaz sektoruna şamil edilməyəcək.