45 yaşlı vəkil Zuzan Çaputova Slovakiyanın yeni prezidenti seçildi

45 yaşlı vəkil Zuzan Çaputova Slovakiyanın yeni prezidenti seçildi Slovakiya respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun səsverməsi başa çatıb. Report xəbər verir ki, səsvermək hüququna malik olan 4,5 milyon vətəndaş seçki məntəqələrində prezidentliyə namizəd olan iki nəfər - Pezinok şəhərciyindən olan 45 yaşlı vəkil Zuzan Çaputova və Avropa Komissiyası rəhbərinin 52 yaşlı müavini Maroş Şefçoviçə səs verib.
Digər ölkələr
31 Mart , 2019 03:41
45 yaşlı vəkil Zuzan Çaputova Slovakiyanın yeni prezidenti seçildi

Slovakiya respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun səsverməsi başa çatıb. "Report" xəbər verir ki, səsvermək hüququna malik olan 4,5 milyon vətəndaş seçki məntəqələrində prezidentliyə namizəd olan iki nəfər - Pezinok şəhərciyindən olan 45 yaşlı vəkil Zuzan Çaputova və Avropa Komissiyası rəhbərinin 52 yaşlı müavini Maroş Şefçoviçə səs verib. 

Dövlət Seçki Komissiyasının son məlumatına görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova seçkilərdə qalib gəlib. Belə ki, seçkilərdə iştirak edən seçicilərin 58,3 faizi səsini Zuzana Çaputovaya verib. 

Artıq Avropa Komissiyası rəhbərinin müavini Maroş Şefçoviç vəkil Zuzan Çaputovaya prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. 

Xatırladaq ki, Slovakiyada prezident seçkilərinin birinci turunda da Z. Çaputova, əsas rəqibi M.Şefçoviçi böyük fərqlə qabaqlamışdı - Çaputova 40.57 faiz, Şefçoviç isə 18,66 faiz. Qeyd edək ki, seçkilərin qalibi iyunun 15-də prezident vəzifələrinin icrasına başlayacaq.

Son xəbərlər

Orphus sistemi