Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb Bakı. 21 fevral. REPORT.AZ/ Ötən il Ukrayna əhalisi 233 min nəfər azalıb.
Digər ölkələr
21 Fevral , 2019 01:56
Ukrayna əhalisi ötən il 233 min nəfər azalıb

Bakı. 21 fevral. REPORT.AZ/ Ötən il Ukrayna əhalisi 233 min nəfər azalıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Statisitika Xidməti məlumat yayıb.

Bu ilin 1 yanvarına olan məlumata görə, ölkə əhalisi 42 153 200 nəfər təşkil edib. Bildirilir ki, 2018-ci ildə ölkə sakinlərinin sayı 233,2 min nəfər azalıb.

Dövlət xidmətinin məlumatına görə, ölkədə hər 100 ölüm faktına 57 doğuş düşür. Dövlət Xidməti daha əvvəl bildirib ki, 2018-ci ilin yanvar-noyabrında 208,8 min nəfər azalıb

Qeyd edək ki, bu, ilk statistik göstərici deyil. Belə ki, 2017-ci ildə Ukrayna əhalisinin 198,1 min nəfər azaldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi