Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində ölənlərin kimliyi məlum olub

Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində ölənlərin kimliyi məlum olub Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Diaspor
5 Mart , 2022 14:16
Xarkovda azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində ölənlərin kimliyi məlum olub

Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Bu barədə "Report"a Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.

Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.
 

13.18

Ukraynanın Xarkov vilayətində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.

Bunu “Report”a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.

O bildirib ki, hadisə martın 4-də baş verib: “Nəticədə ev sahibi, həyat yoldaşı və ev sahibinin qayınanası dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.

Son xəbərlər

Orphus sistemi