Video əlavə olunub
ABŞ-ın müxtəlif şəhər və ştatlarında yaşayan azərbaycanlı gənclər Ukraynanın ABŞ-dakı səfirliyinin qarşısında aksiya keçiriblər.
"Report"un xüsusi müxbiri xəbər verir ki, onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatlara görə Azərbaycana verdiyi dəstəyə görə Ukrayna hökumətinə təşəkkür ediblər.
Əllərində Azərbaycan və Ukrayna bayraqları dalğalandıran həmvətənlərimiz səfirlik binasının önünə gül dəstəsi qoyub, Ukrayna hökumətini alqışlayıblar.
Aksiya zamanı həmçinin bir neçə gün əvvəl Ukraynanın Ermənistandakı səfirliyinə edilən hücum da qınanılıb.
“Dost ölkə!”, “Yaşasın Ukrayna!” "Təşəkkürlər Ukrayna!" şüarları səsləndirən aksiya iştirakçıları sonda bəyanatla çıxış ediblər. Bəyanatın bir nüsxəsi də səfirlik binasının qapısına vurulub.
Müxbir: Vüsalə Abbasova