Bakı. 27 fevral. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovski vilayəti üzrə bölməsindən "Report"a verilən məlumata görə, mərasimdə BUAK-ın vilayət üzrə bölməsinin sədri Nəcəf Əhmədov, vilayətdə Azərbaycanlılar Liqasının sədri Sərxoş İsmayılov, vilayətin Müsəlman İcmasının rəhbəri Ramazan Qurbanov, BUAK-ın vilayət üzrə Ali Məclisinin sədri Süleyman Rəhmanov, diaspor nümayəndəsi Eldar Tağıyev, Müslüm Maqomayev Fondunun rəhbəri Hafiz Aslanov, "Türkiyə-Azəraycan-Ukrayna" Alyansının nümayəndələri və yerli rəsmilər iştirak ediblər.
Vilayətdəki millətlərin nümayəndələrinin də qatıldığı tədbirdə N.Əhmədov Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. Daha sonra hadisələri özündə əks etdirən videoçarx nümayiş olunub və bröşürlər paylanılıb.