Ukraynanın Rumıniya və Moldova ilə sərhəd bölgəsi olan Çernovtsı vilayətində azərbaycanlı diaspor fəalı bu il fevralın 24-dən başlayan müharibə müddətində insanların təxliyyəsi üzrə genişmiqyaslı kampaniya həyata keçirib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Çernovtsı vilayətində Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin vilayət sədri Namiq Quliyevin təşkil etdiyi humanitar kampaniya çərçivəsində azərbaycanlılar və ukraynalılar da daxil olmaqla türkmən, tacik və digər Ukraynada yaşayan azsaylı xaqlardan olan ailələrdən ibarət 800-1000 insanın təxliyəsi həyata keçirilib.
Təxliyə olunanlar əsasən Ukraynanın şərqində və şimalında döyüşlərin qızğın getdiyi bölgələrdən olub. Bu qaçqınlar arasında artileriya və aviazərbələr nəticəsində yaralananlar da olub.
Bundan başqa, Konqresin nəzdində azərbaycanlılar tərəfindən Ukraynada humanitar yardım aksiyası da keçirilir.