Kiyev. 3 dekabr. REPORT.AZ/ Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir - konsert təşkil olunub.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) təşkilatının mətbuat xidmətindən “Report”un Kiyev bürosuna verilən məlumata görə, Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun təşkilatçılığı, Dneprpetrovsk Azərbaycanlıları Liqası, UABD və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə keçirilmiş konsert vilayət ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Konsret zamanı Azərbaycanın xalq artisiti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri təqdim olunub. Yalçın Adıgözəlov ifa olunacaq əsərlər barədə dinləyicilərə geniş məlumat verib. Konsretdə Dnepretrovsk Vilayət Deputatlar Şurasının sədri Qleb Priqinov, UABD sədri Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlılarının Liqasının rəhbəri Sərxoş İsmayılov və digər tanınmış diaspor fəalları da iştirak edib. Müslüm Maqomayev adına Beynəlxalq Fondun rəhbəri Hafiz Aslanov çıxış edərək Dneprdə Azərbaycanın əlamətdar tarixləri və dahi şəxslərinə həsr olunmuş tədbirlərin silsilə xarakter daşıdığını qeyd edərək, Dneprdə Azərbaycan müsiqisinə yüksək qiymət verildiyini vurğulayıb. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.
Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Q.Priqinov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, mədəni layihələrin davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Sonda Yalçın Adıgözəlov və Bakı Musiqi Akademiyasının rektoru