Bakı. 13 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radasının (parlament) sədri Andrey Parubiy ölkənin Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları konqresinin vitse prezidenti Rövşən Tağıyevi qurumun ali mükafatı ilə təltif edib.
"Report" xəbər verir ki, A.Parubiy R.Tağıyevi “Ukrayna xalqı qarşısında xidmətlərinə görə” medalı və Fəxri Fərmanı ilə mükafatlandırıb.
Təltif məktubunda bildirilir ki, Rövşən Tağıyev azsaylı xalqların münasibətlərinin inkişafında, mədəniyyətlərarası dialoqun intensivləşməsində, ölkə həyatının dirçəlişində və ölkədəki ictimai fəallığına görə təltif edilir. Ali Rada rəhbəri xidmətlərinə görə R.Tağıyevə rəsmi təşəkkür də ünvanlayıb.
Qeyd edək ki, R.Tağıyev Ukrayna Millətlər Assambleyasının rəhbəri kimi millətlərarası münasibətlər ilə bağlı və BUAK rəhbəri kimi Ukrayna-Azərbaycan iqtisadi münasibətlərində bir sıra iri layihələrdə fəal iştirak edib.