Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nəzdində həftəsonu Azərbaycan məktəbi açılıb.
Diaspor
20 Fevral , 2023 15:52
Sankt-Peterburqda həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nəzdində həftəsonu Azərbaycan məktəbi açılıb.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məktəbin açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədr müavini Könül Abbasova iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin direktoru Eldar Əlizadə, mərkəzin sədri Nicat Bayramlı və “Simurq” Gənclər Assosiasiyasının sədr müavini İslam Səmədov bildiriblər ki, məktəb Azərbaycan dilinin öyrənilməsinə, zəngin mədəniyyətimizin və adət-ənənələrimizin təbliğ edilməsi məqsədinə xidmət edəcək. Bu isə Rusiyada böyüyən uşaq və gənclərin Azərbaycan tarixinə və həqiqətlərinə dərindən bələd olmasına kömək edəcək.

Tədbir Murad Yusifovun və İslam Səmədovun ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib.

Məktəbin ilk dərsində öncə Azərbaycan dilində imla yazılıb və tədrisin aparılması üçün qruplar formalaşdırılıb. Tarix dərsində “Azərbaycanda ibtidai cəmiyyətlər”, “İlk dövlət quruluşları” mövzularından bəhs edilib.

Son xəbərlər

Orphus sistemi