Rusiyada yanaraq ölən 5 azərbaycanlının kimliyini müəyyənləşdirmək üçün DNT analizləri götürülüb

Rusiyada yanaraq ölən 5 azərbaycanlının kimliyini müəyyənləşdirmək üçün DNT analizləri götürülüb Kirov vilayətində faciəvi şəkildə ölən həmyerlilərimizin Azərbaycana yola salınması üçün DNT anlizlərinin cavabını gözləyirik.
Diaspor
31 İyul , 2019 16:59
Rusiyada yanaraq ölən 5 azərbaycanlının kimliyini müəyyənləşdirmək üçün DNT analizləri götürülüb

"Kirov vilayətində faciəvi şəkildə ölən həmyerlilərimizin Azərbaycana yola salınması üçün DNT anlizlərinin cavabını gözləyirik".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

"Faciəvi şəkildə dünyasını dəyişən soydaşlarımız tanınmaz halda olduqları üçün DNT analizi götürülüb. Cavab sabah gəlməlidir. Soydaşlarımıza köməklik üçün əlimizdən gələni edirik və təşkilat olaraq hadisəni diqqət mərkəzində saxlayırıq", - E.Hüseynov vurğulayıb. 

O bildirib ki, artıq yerli diaspor tərəfindən tabutlar sifariş verilib: "Sənədləşmə prosesi bitdikdən sonra meyitlər avtomobillə Azərbaycana yola salınacaq".

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi