“Report” İnformasiya Agentliyinin təşkilatçılığı ilə Tbilisidə “Azərbaycan bayrağı” aksiyası keçirilib - VİDEO

Diaspor
  • 09 noyabr, 2018
  • 13:10
“Report” İnformasiya Agentliyinin təşkilatçılığı ilə Tbilisidə “Azərbaycan bayrağı” aksiyası keçirilib - VİDEO

Tbilisi. 9 noyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.

“Report”un Gürcüstan bürosunun təşkilatçılığı ilə baş tutmuş “Azərbaycan bayrağı” aksiyasının məqsədi Azərbaycanın dövlət bayrağını tanıtmaqdır.

Aksiya zamanı Heydər Əliyev adına parkda Tbilisi sakinləri və turistlərə Azərbaycan bayrağının rənglərinin əks olunduğu lentlər paylanılıb. Lenti paylayan gənclər yerli sakin və əcnəbi qonaqlara bu gün Azərbaycan bayrağının 100 illiyinin qeyd olunduğunu bildirərək bayrağın rənglərinin mənaları barədə ətraflı məlumat veriblər.

Aksiya daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində davam etdirilib. Gənclər Muzeyin eyvanından Azərbaycan bayrağının rənglərində olan şarları havaya buraxıblar.

Tədbirə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, Tbilisidə yaşayan fəal azərbaycanlı gənclər və Gürcüstanda ali təhsil alan azərbaycanlı tələbələr qoşulublar.

“Report” İnformasiya Agentliyinin təşkilatçılığı ilə Tbilisidə “Azərbaycan bayrağı” aksiyası keçirilib - VİDEO

44 filmi