Qubernator: “Kvemo Kartlidə küçələrə azərbaycanlıların da adları veriləcək”

Qubernator: “Kvemo Kartlidə küçələrə azərbaycanlıların da adları veriləcək” “Kvemo Kartli regionunda küçələrin adlandırılması prosesində yerli azərbaycanlı sakinlərin də fikirləri nəzərə alınacaq”.
Diaspor
24 Fevral , 2022 15:13
Qubernator: “Kvemo Kartlidə küçələrə azərbaycanlıların da adları veriləcək”
Giorgi Doxturişvili

“Kvemo Kartli regionunda küçələrin adlandırılması prosesində yerli azərbaycanlı sakinlərin də fikirləri nəzərə alınacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu bölgə qubernatoru Giorgi Doxturişvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prosesə başlanılıb və artıq konkret baxışlar formalaşdırılıb: “Küçələrə adların verilməsi ilə bağlı qərarlar sakrebulo üzvlərinin səs çoxluğu və aidiyyəti dövlət qurumlarının iştirakı ilə qəbul ediləcək. Biz kimisə milli mənsubiyyətinə görə ayırmırıq. Əlbəttə ki, küçələrə həm gürcülər, həm də azərbaycanlıların da adları veriləcək”.

G.Doxturişvili dövlət nümayəndəsinin Rustavi şəhərindəki administrasiyasının əməkdaşları arasında yerli azərbaycanlıların olub-olmaması ilə bağlı sualı da cavablandırıb. O, idarədə iki azərbaycanlının çalışdığını bildirib. Qubernator regionun bütün bələdiyyələrində də azərbaycanlı kadrların olduğunu qeyd edərək, onlarla fəal və sıx iş aparıldığını deyib.

Qeyd edək ki, Kvemo Kartlidə küçələrin adlandırılnması təşəbbüsü qubernatora məxsusdur. Gürcüstanın azərbaycanlı icması küçələrə bu ölkədə doğulan və elm, mədəniyyət, siyasət və digər sahələrdə böyük uğurlar qazanmış soydaşlarımızın adlarının verilməsi təşəbbüsü ilə çıxış edirlər.

Xatırladaq ki, 2017-2019-cu illərdə qubernatorun üç müavinindən biri azərbaycanlı olub. Hazırkı deputat Zaur Darğallı 2019-cu ilin mayında Marneuli meri seçiləndən sonra Kvemo Kartlinin dövlət səlahiyyətlisinin müavini vəzifəsinə azərbaycanlı təyinat almayıb. G.Doxturişvilinin hazırkı müavinlərinin üçü də gürcüdür.

Son xəbərlər

Orphus sistemi