Qırğızıstan Prezidenti və Maltanın baş naziri Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti və Maltanın baş naziri Azərbaycana səfər edəcək Etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri və digər problemlər müzakirə olunacaq
Diaspor
12 Mart , 2015 14:44
Qırğızıstan Prezidenti və Maltanın baş naziri Azərbaycana səfər edəcək

Bakı. 12 mart. REPORT.AZ/ Qırğızıstan Prezidenti Almazbek Atambayev və Maltanın baş naziri Cozef Muskat III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Bu məqsədlə hər iki dövlət və hökumət başçısının aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində A.Atambayev və C.Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra rəsmi görüşləri də gözlənilir.

III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən sabiq və hazırkı dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.

Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi