Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb

Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb Gürcüstanda Məmmədov soyadlı 14 893, Məmmədova soyadlı isə 13 006 nəfər var.
Diaspor
23 Yanvar , 2021 13:55
Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda yer alıb

Məmmədov və Məmmədova soyadları Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğuna daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib.

Siyahıya əsasən, ölkədə Məmmədov soyadı populyarlığına görə V, Məmmədova soyadı isə IX yerdədir. Gürcüstanda Məmmədov soyadlı 14 893, Məmmədova soyadlı isə 13 006 nəfər var.

Qonşu ölkədə ən çox rast gəlinən soyad isə Beridzedir. Bu familiyanı daşıyanların sayı 29 593 nəfərdir.

Son xəbərlər

Orphus sistemi