Moskva məhkəməsi Azərbaycan diasporunun rəhbəri Qalib Ağayevin ev dustaqlığının müddətini uzadıb

Moskva məhkəməsi Azərbaycan diasporunun rəhbəri Qalib Ağayevin ev dustaqlığının müddətini uzadıb MV ARMMM "Rusiya dünyası" Fonduna hesabat üzrə qalan 280 min rublu ödəyib
Diaspor
3 Aprel , 2017 17:55
Moskva məhkəməsi Azərbaycan diasporunun rəhbəri Qalib Ağayevin ev dustaqlığının müddətini uzadıb
Courtesy İmage

Moskva. 3 aprel. REPORT.AZ/ Moskvanın Xoroşevski məhkəməsi Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin (MV ARMMM) rəhbəri Qalib Ağayevin ev dustaqlığının müddətini aprelin 16-dək uzadıb.

Bu barədə "Report"un Rusiya bürosuna MV ARMMM-dən bildiriblər.

MV ARMMM nümayəndəsinin dediyinə görə, ərizəçi "Rusiya dünyası" Fondu ilə razılaşmaya əsasən, MV ARMMM Fonda hesabat üzrə qalan 280 min rublu ödəyib. Bu barədə məlumat istintaq orqanlarına təqdim olunub. İstintaq sonuna qədər MV ARMMM rəhbəri ev dustağı kimi qalacaq.

Xatırladaq ki, fevralın 21-də Qalib Ağayev "Rusiya dünyası" Fondunun müraciəti əsasında Moskva Şimal-Qərb dairəsi İstintaq Komitəsinin əməkdaşları və polis tərəfindən həbs edilərək paytaxtın Xoroşevski məhkəməsinə aparılıb. Məhkəmə Qalib Ağayevin martın 16-dək ev dustaqlığında qalacağı ilə bağlı hökm çıxarıb. Hazırda Qalib Ağayev evindədir.

Son xəbərlər

Orphus sistemi