Latviyada keçiriləcək seçkilərdə azərbaycanlının namizədliyi qeydə alınıb

Latviyada keçiriləcək seçkilərdə azərbaycanlının namizədliyi qeydə alınıb Onun namizədliyi Latviya Fermerlər İttifaqı tərəfindən irəli sürülüb
Diaspor
29 Mart , 2021 16:32
Latviyada keçiriləcək seçkilərdə azərbaycanlının namizədliyi qeydə alınıb
Vüqar Ecmanis
0 : 00
0 : 00

Latviyada bütün ölkə üzrə yerli özünüidarəetmə (yerli parlament) ilə bağlı bu il iyunun 5-də baş tutacaq növbəti seçkilərə azərbaycanlının da namizədliyi qeydə alınıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bu, Valmiera bölgəsi üzrə namizədliyi yenidən qeydə alınmış deputat Vüqar Ecmanisdir.

Onun namizədliyi Latviya Fermerlər İttifaqı tərəfindən irəli sürülüb.

V.Ecmanis bütün Latviya üzrə bu seçkilərdə namizədliyi qeydə alınan hələ ki yeganə azərbaycanlıdır. O, əslən Azərbaycanın Kürdəmir rayonundandır.

Son xəbərlər

Orphus sistemi