İğdırda ​Kəlbəcər ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib

İğdırda ​Kəlbəcər ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib "Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir"
Diaspor
19 Yanvar , 2015 15:14
İğdırda ​Kəlbəcər ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı etiraz aksiyası keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan aparılan“məhkəmə” prosesinin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Öz doğma torpaqlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılmaları üçün İğdırdakı Sülh abidəsi önündə toplaşan kampaniyanın təşkilatçıları əllərində Azərbaycan, Türkiyə bayraqlarını və girovların fotolarını, həmçinin müxtəlif plakatlar tutaraq azərbaycanlılara azadlıq tələb edib.

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsinə və iki soydaşımızın üç aydır qanunsuz həbsdə saxlanılmasına dünya ictimaiyyətinin laqeyd qalmasını təəssüflə vurğulayıb.

S.Ünsal D.Əsgərovla Ş.Quliyevin qanunsuz həbsinin Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib: “Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs etdirir. Biz bu gün buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır”.

Son xəbərlər

Orphus sistemi