Bakı. 23 mart. REPORT.AZ/ İsrailin Kiryat Yam şəhərində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
"Report"un verdiyi xəbərə görə, İsrail-
Tədbirdə çıxış edən edən Kiryat Yam şəhərinin meri David Even Tsura əslən Azərbaycandan olan insanların bu ənənəni yaşatdıqları üçün onlara təşəkkür edib və belə bir tədbirdə iştirak etdiyi üçün özünü sevincli hiss etdiyini bildirib.
"Azİz" Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarının Novruz bayramını təbrik edib və assosiasiyanın Azərbaycan və İsrail xalqları arasında əlaqələrin və dostluq münasibətlərinin qorunaraq inkişaf etdirilməsinə verdiyi töhfədən söhbət açıb.