Gürcüstan azərbaycanlıları: Hakim partiyanın tərəfdarı Marneulidə qanunsuz obyekt tikdirir

Gürcüstan azərbaycanlıları: Hakim partiyanın tərəfdarı Marneulidə qanunsuz obyekt tikdirir Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında yeni obyekt inşa olunur.
Diaspor
11 İyun , 2019 16:44
Gürcüstan azərbaycanlıları: Hakim partiyanın tərəfdarı Marneulidə qanunsuz obyekt tikdirir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında yeni obyekt inşa olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər həmin ticarət obyektinin qanunsuz tikildiyini deyirlər.

Məsələ ilə bağlı Marneuli Bələdiyyə Məclisinin üzvü, müxalif Avropalı Gürcüstan Partiyasının nümayəndəsi Əhməd İmamquliyevin adına şikayət ərizələri daxil olub.

Ə.İmamquliyev bazara gedib və orada inşa olunan obyektlə yerində tanış olub. O bildirib ki, tikili digər obyektlərdən böyüklüyünə görə seçilir və onsuz da darısqal olan bazar yollarını daha da keçilməz edəcək.

Məclis üzvünün sözlərinə görə, yeni obyekti inşa etdirən hakim Gürcü Arzusu Partiyasının tərəfdarıdır və Marneulinin yeni icra başçısı Zaur Darğallının seçki kampaniyasında xüsusi fəallıq göstərib. O, həmin şəxsin adını açıqlamayıb.

Ə.İmamquliyev bildirib ki, məsələ ilə bağlı Z.Darğallıya müraciət olunacaq və tikilən obyektin qanuni olub-olmaması müəyyənləşdiriləcək.

O qeyd edib ki, obyektin qeyri-qanuni tikildiyi müəyyən olunsa, həmin tikilinin sökülməsi tələb ediləcək.

Ə.İmamquliyev Marneuli rayon rəhbərliyinin müraciətə rəsmi cavabı barədə ictimaiyyəti məlumatlandıracağını deyib. 

Son xəbərlər

Orphus sistemi