Gürcüstanda sabiq azərbaycanlı icra başçısı bəraət alıb

Gürcüstanda sabiq azərbaycanlı icra başçısı bəraət alıb Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət alıb.
Diaspor
12 Fevral , 2020 18:30
Gürcüstanda sabiq azərbaycanlı icra başçısı bəraət alıb

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bəraət alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib. 

T.Abazovun vəkili Qaqi Mosiaşvili bildirib ki, müdafiə etdiyi şəxslə yanaşı, iş üzrə ittiham olunan digər üç nəfərə də bəraət verilib.

O qeyd edib ki, bəraət hökmündən sonra girov müttəhimlərə qaytarılacaq.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. 2018-ci il dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Ötən ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. O, ötən ilin noyabrından Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi