Gürcüstanın dövlət naziri “Report”a danışıb

Gürcüstanın dövlət naziri “Report”a danışıb “Gürcüstanın bəzi bölgələrindəki yerli idarəetmə orqanlarında milli azlıqların daha çox təmsil olunmasına ehtiyac var”.
Diaspor
31 May , 2019 14:13
Gürcüstanın dövlət naziri “Report”a danışıb

“Gürcüstanın bəzi bölgələrindəki yerli idarəetmə orqanlarında milli azlıqların daha çox təmsil olunmasına ehtiyac var”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.

Onun sözlərinə görə, ölkədə milli azlıqların dövlət qurumlarında təmsilçiliyi coğrafi baxımdan fərqlənir: “Bəzi yerlərdə milli azlıqlar demək olar ki, tam təmsil olunur. Bəzi bölgələrdəki dövlət qurumlarında milli azlıqların daha az təmsil olunması onların dövlət dilini bilməmələri ilə bağlıdır. Gürcü dilini bilməmək etnik azlıqlar arasında böyük problem olaraq qalır”.

K.Tsixelaşvili milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası sahəsindəki vəziyyətin müsbətə doğru inkişaf etdiyini deyib: “Bu yaxınlarda seçkiöncəsi kampaniyada bir neçə namizədin gürcü dilində danışdığını gördük. Düşünürəm ki, vəziyyət yaxşılığa doğru dəyişir. Milli azlıqlar arasında gürcü dilini bilən yüksək ixtisaslı şəxslərin sayı artır”.

Qeyd edək ki, Gürcüstanın ombudsmanı Nino Lomcarianın ölkədə insan haqları və azadlıqlarının vəziyyətinə dair 2018-ci il üzrə hesabatında Marneuli rayonunda azərbaycanlıların sıx məskunlaşmasına baxmayaraq, onların yerli idarəetmə orqanlarında təmsilçiliyinin minimum səviyyədə olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi