Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir? - ARAŞDIRMA

Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir? - ARAŞDIRMA Bu gün Gürcüstanın Dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü tamam olur. 1991-ci ilin aprelin 9-da Gürcüstan SSR-nin Ali Şurası həmin ilin martın 31-də keçirilən ümumxalq referendumun nəticələrini əsas tutaraq Dövlət müstəqlliyinin bərpası Aktını qəbul edib. Sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub.
Diaspor
9 Aprel , 2020 17:22
Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir? - ARAŞDIRMA
0 : 00
0 : 00

Bu gün Gürcüstanın Dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü tamam olur. 1991-ci ilin aprelin 9-da Gürcüstan SSR-nin Ali Şurası həmin ilin martın 31-də keçirilən ümumxalq referendumun nəticələrini əsas tutaraq Dövlət müstəqlliyinin bərpası Aktını qəbul edib. Sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub.

Aktı Gürcüstan Ali Şurasının deputatları və hökumət üzvləri imzalayıb. Sənədin surətindəki imzalar arasında azərbaycanlı soyad - “А.Гасанов” diqqəti çəkir.

“Report”un Gürcüstan bürosu həmin azərbaycanlının kim olması ilə bağlı kiçik araşdırma aparıb.

Gürcüstanın dövlət müstəqilliyinin bərpasını dəstəkləyən azərbaycanlı 1990-1991-ci illərdə Ali Şuranın deputatı olan Akif Həsənovdur. O, Marneulinin 45 saylı seçki dairəsindən majoritar deputat və şuranın Humanitar və sosial məsələlər üzrə komitəsinin üzvü olub.

Gürcüstan parlamentinin rəsmi saytında A.Həsənov haqqında yerləşdirilən avtobioqrafik məlumata əsasən, o, 1952-ci ilin noyabrın 5-də Marneulidə anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakultəsini bitirib. 1973-1999-cu illərə pedaqoji fəaliyyət göstərib, 1973-1983-cü illərdə isə Marneulinin 70 saylı peşə məktəbində müəllim vəzifəsində çalışıb.

A.Həsənov 1983-1989-cu illərdə Marneulinin xalq deputatları sovetinin İcraiyyə Komitəsinin təlimatçısı, 1992-ci ildə isə rayon qamgeobasında (rayon idarəsi) müavin olub.

68 yaşlı sabiq deputat hazırda Marneulidə yaşayır, təqaüdçüdür.

Avropalı Gürcüstan Partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev “Report”a açıqlamasında A.Həsənovu canlı tarix adlandırıb.

Siyasətçinin sözlərinə görə, A.Həsənova Marneulidə böyük hörmət və rəğbət bəslənilir: “Akif müəllimin yaşı ilə əlaqədar ictimai fəallığı çox yüksək olmasa da, marneuliləri narahat edən bəzi məsələlərin həllinə şəxsən kömək göstərir. O, Gürcüstanda baş verən siyasi proseslərlə bağlı dəyərli fikirlərini bizlərlə bölüşür. Biz də onun məsləhət və tövsiyələrini nəzərə alırıq”.

A.Həsənovla yerli azərbaycanlı gənclər də qürur duyur. Ötən ayın əvvəlində Gürcüstanın azərbaycanlı gənclərinin təmsil olunduğu “Salam” platformasının üzvləri onunla görüşüb. Keçmiş deputat gənclərə dövlət müstəqilliyinin bərpası dövründə ölkədə cərəyan edən mürəkkəb proseslər barədə ətraflı məlumat verib.

Görüş iştirakçısı olan Rabil İsmayılov “Report”a bildirib ki, Gürcüstanın azadlığının qazanılmasının ilk mərhələlərində azərbaycanlının da yer alması qürurvericidir. Onun sözlərinə görə, A.Həsənovla görüş zamanı çox maraqlı məqamlara toxunulub: “O, həmin tarixdə bizim bölgədə olan çətinliklər və siyasi proseslərdən söz açıb. Həmin dövrdə çətin vəziyyətədən çıxış yolu mümkünsüz görünürdü. Lakin Akif müəllim canlı bir sübutdur ki, əgər birlik və dəstək varsa, uğura nail olmaq olar. Sevindirici haldır ki, hazırda fəal gənclər, siyasi və ictimai xadimlərimiz çox yaxşı dərk edirlər ki, dövlətimizin idarəçiliyində və bir çox məsələlərlə bağlı qərarların qəbul olunması prosesində layiqincə yer almalıyıq”.

Son xəbərlər

Orphus sistemi