Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru bəraət alıb

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru bəraət alıb Tbilisi. 14 yanvar. REPORT.AZ/ Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin sabiq qubernatoru David Kirkitadzenin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı cinayət işi üzrə iclas keçirilib.
Diaspor
14 Yanvar , 2019 15:15
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru bəraət alıb

Tbilisi. 14 yanvar. REPORT.AZ/ Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin sabiq qubernatoru David Kirkitadzenin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlı cinayət işi üzrə iclas keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə iş üzrə D.Kirkitadzeni günahsız hesab edərək ona bəraət verib.

Məhkəmədə çıxış edən prokuror Giorgi Daraxvelidze qərarın gözlənilməz olduğunu bildirib. O, Baş Prokurorluğun məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini deyib.

D.Kirkitadze 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunub. O, dövlətə məxsus xüsusi texnikanın özəl şirkətlərin istifadəsinə verilməsində ittiham edilib. Tbilisi Şəhər Məhkəməsi ona qarşı 10 min lari (3 752 dollar) məbləğində girov qətimkan tədbiri tətbiq edib. Sabiq qubernator cinayət məsuliyyətinə cəlb olunarkən ABŞ-da təhsil alıb.

Bəraət almasına baxmayaraq, D.Kirkitadze həbsdə qalıb. Belə ki, o, Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasiminin keçirildiyi gün – ötən ilin dekabrın 16-da Telavi şəhəri yaxınlığında müxalifətin aksiyası zamanı vəzifə borcunu yerinə yetirən polis əməkdaşına və polis nəqliyyat vasitəsinə hücumda ittiham olunur.

Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub.

Son xəbərlər

Orphus sistemi