Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalıb

Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalıb Hazırda Gürcüstanda Azərbaycan dillində tədris aparılan 119 məktəb fəaliyyət göstərir.
Diaspor
432
17 Sentyabr , 2020 12:24
Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalıb

Hazırda Gürcüstanda Azərbaycan dillində tədris aparılan 119 məktəb fəaliyyət göstərir.

Bunu “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.

Ötən illə müqayisədə məktəblərin sayı azalıb. Belə ki, 2019-2020-ci tədris ilində qonşu ölkədə azərbaycandilli 120 məktəb olub.

2020-2021-ci dərs ilində fəaliyyətdə olan dövlət məktəblərinin 79-u azərbaycandilli, 35-i Azərbaycan-gürcü, 2-si Azərbaycan-erməni, 2-si Azərbaycan-rus, 1-i isə Azərbaycan-rus-gürcü dillidir. Təhsil ocaqlarının 106-sı Kvemo Kartli (Borçalı), 10-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.

Ötən tədris ilində azərbaycandilli orta məktəblərdə 24 956 şagird təhsil alıb.

Son xəbərlər

Orphus sistemi