Gürcüstanda azərbaycandilli məktəbdə yanğın olub

Gürcüstanda azərbaycandilli məktəbdə yanğın olub Gürcüstanın Qardabani rayonunda yerləşən 3 saylı azərbaycandilli məktbədə yanğın olub.
Diaspor
329
16 Sentyabr , 2020 12:01
Gürcüstanda azərbaycandilli məktəbdə yanğın olub

Gürcüstanın Qardabani rayonunda yerləşən 3 saylı azərbaycandilli məktbədə yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə oluması Xidmətindən bildirilib.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın 4 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən otaqda baş verib.

Müəllimlər və şagirdlər məktəb binasından təxliyə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, məktəb 2010-cu ildə əsaslı təmir edilib.

 

Son xəbərlər

Orphus sistemi