Gürcüstan DİN azərbaycanlılarla bağlı baş verən insidentə münasibət bildirib

Gürcüstan DİN azərbaycanlılarla bağlı baş verən insidentə münasibət bildirib Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ötən gün Marneulinin azərbaycanlılar yaşayan Araflı kəndində baş verən insidentlə bağlı məlumat yayıb.
Diaspor
18 İyul , 2020 09:23
Gürcüstan DİN azərbaycanlılarla bağlı baş verən insidentə münasibət bildirib

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) ötən gün Marneulinin azərbaycanlılar yaşayan Araflı kəndində baş verən insidentlə bağlı məlumat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, məlumatda polis əməkdaşlarının kənddə məhkəmə qərarı əsasında istintaq tədbirləri həyata keçirdiyi bildirilib.

Qeyd olunub ki, kənd əhalisi istintaqın aparlmasına mane olub: “Cinayət işi üzrə davam edən istintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əmakdaşları hakimin qərarı əsasında istintaq aparıblar. Yerli sakinlər buna imkan verməyiblər”.

Faktla bağlı istintaq başlanılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Araflı kəndində yaşayan Əliyevlər ailəsində baş verən insidentlə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Sakinlərin iddiasına əsasən, polis əməkdaşlarından biri evdə axtarış zamanı masanın alt hissəsinə narkotik vasitəni gizli olaraq yerləşdirməyə cəhd edib. Hadisə zamanı ailənin bir neçə üzvünün halı pisləşib, bir qadın üz iflici olub. Kənd sakinləri polisi şər-böhtanda ittiham ediblər. 

Son xəbərlər

Orphus sistemi