Bu gündən Gürcüstanda peşə təhsili almaq istəyənlərin qeydiyyatına start verilib.
“Report”un yerli bürosu xəbər verir ki, qeydiyyat prosesi oktyabrın 15-dək davam edəcək.
Gürcüstanın bütün bölgələrindən olan şəxslər arzu etdikləri peşə üzrə dövlət hesabına təhsil ala bilmək imkanı əldə edəcəklər.
Peşə məktəblərinə qəbul olmaq istəyənlərin qeydiyyatı həm yerli resurs mərkəzlərində, həm də
İmtahanlar test üsulu ilə keçiriləcək. Etnik azlıqlardan olan Gürcüstan vətəndaşları Azərbaycan, erməni və rus dillərində imtahan verə biləcəklər. Peşə təhsil müəssisəsinə qəbul olunan milli azlıqlara gürcü dili öyrədiləcək.
Qonşu ölkədə bu il kənd təsərrüfatı, turizm, dəmir yolu nəqliyyatı və informasiya texnologiyaları üzrə peşə tədrisi proqramlarının sayı artırılıb. Bu prosesdə 50-dən çox özəl şirkət iştirak edir.