GAMK sədri: “Gürcüstan-Azərbaycan münasibətlərinə qeyri-sabitlik gətirməyə çalışan qüvvələr var”

GAMK sədri: “Gürcüstan-Azərbaycan münasibətlərinə qeyri-sabitlik gətirməyə çalışan qüvvələr var” “Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələr var”.
Diaspor
27 May , 2019 13:09
GAMK sədri: “Gürcüstan-Azərbaycan münasibətlərinə qeyri-sabitlik gətirməyə çalışan qüvvələr var”

“Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələr var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstanda dövlət üçün heç nə etməyən şəxslər, sıfır reytinqə malik partiya və QHT-lər Azərbaycanla münasibətlərə qeyri-sabitlik gətirməyə çalışırlar.

Ə.Babayev qeyd edib ki, iki ölkə arasında sərhəd məsələsi ilə bağlı sosial şəbəkələrdə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı aqressiya var: “Bu yolverilməzdir. Belə ki, həm Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq, həm də gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətləri olduqca vacibdir”.

GAMK sədri deyib ki, hər iki ölkənin ictimaiyyət nümayəndələri sərhədin delimitasiyası üzrə birgə komissiyaya bəzi tövsiyələr verə bilərlər. 

Son xəbərlər

Orphus sistemi