Qazaxıstan Xalqı Assambleyası (QXA) sədrinin müavini, Qazaxıstan Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası katibliyinin rəhbəri Canseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın və Qazaxıstanın müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi və QXA arasında diasporla iş, millətlərarası münasibətlər sahəsində əldə olunmuş təcrübənin öyrənilməsi, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.
Daha sonra nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan Dövlət Komitəsinin sədri
Dövlət Komitəsinin sədri nümayəndə heyətinə Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, son illər həyata keçirilən irimiqyaslı layihələr və proqramlar, eləcə də, Komitənin “Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflər barədə geniş məlumat verib, Qazaxıstanda yaşayan azərbaycanlıların da yeni layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, hazırda Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır və bu ölkədəki Azərbaycan icması ilə işin daha da keyfiyyətli qurulması olduqca vacibdir.
Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Görülən işləri yüksək qiymətləndirən Qazaxıstan nümayəndə heyətinin rəhbəri Canseit Tuymebayev xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. C.Tuymebayev Qazaxıstan Xalqı Assambleyasının fəaliyyəti, müxtəlif xalqların icmaları üçün yaradılmış şərait barədə məlumat verib, icmalararası əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri belə bir səfərin təşkilinə və səmimi qəbula görə Komitə sədrinə minnətdarlığını bildirib.
Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Səfər müddətində Qazaxıstanın nümayəndə heyətinin bir sıra dövlət qurumlarında rəsmi şəxslərlə görüşləri, bəzi elm və təhsil mərkəzləri, mədəniyyət ocaqları ilə tanışlığı nəzərdə tutulur.
Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.