"Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası"nın hazırlanması üzərində işlər aparılır".
"Report" xəbər verir ki, bunu
O bildirib ki, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub:
"Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətcilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsun. Komitənin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Diasporla İş üzrə Dövlət Komitəsinin "Strateji Yol Xəritəsi” işlənib hazırlanıb. Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir. Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-i maliyyələşdirilib. "Azərbaycan alimləri diasporu" informasiya sistemi (http://www.elmidiaspora.az/) yaradılıb".