Estoniyada xalqlarımız arasında dostluğun rəmzi olan parkda yenidənqurma işləri aparılıb

Estoniyada xalqlarımız arasında dostluğun rəmzi olan parkda yenidənqurma işləri aparılıb Estoniyanın paytaxtı Tallin şəhərinin Kriştiyne rayonunda ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin və dostluğun rəmzi olaraq salınmış parkın əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib.
Diaspor
11 İyul , 2022 19:20
Estoniyada xalqlarımız arasında dostluğun rəmzi olan parkda yenidənqurma işləri aparılıb

Estoniyanın paytaxtı Tallin şəhərinin Kriştiyne rayonunda ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin və dostluğun rəmzi olaraq salınmış parkın əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib.

Bu barədə "Report" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Mərasimdə Tallin şəhərinin vitse-meri Andrey Novikov, Kristiyne rayonunun icra başçısı Jaanus Riibe, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Bildirilib ki, parkda yenidənqurma və abadlıq işlərinin aparılması üçün Tallin şəhər büdcəsindən 190 635 avro ayrılıb. Cari ilin aprel ayından başlanan işləri “Talinna Teede AS” şirkəti həyata keçirib. Parkda yeni fəvvarə, işiqlandırma sistemi quraşdırılıb, landşaft dizaynı yenilənib və yeni skamyalar qoyulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin, Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın təntənəli açılış mərasimi 11 oktyabr 2018-ci ildə baş tutub. Parkın girişində qurulmuş lövhədə görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan Respublikası və Bakı haqqında məlumat Azərbaycan, eston və ingilis dillərində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi