Estoniyada Novruz bayramı münasibətilə tədbir keçirilib

Estoniyada Novruz bayramı münasibətilə tədbir keçirilib Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycan Evində "Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı keçirilib.
Diaspor
21 Mart , 2023 14:41
Estoniyada Novruz bayramı münasibətilə tədbir keçirilib

Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycan Evində "Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, bayram şənliyində Estoniya parlamentinin üzvləri, Estoniya Mədəniyyət Nazirliyinin, Tallin şəhər bələdiyyəsinin nümayəndələri, Estoniya Milli Azlıqlar Birliyinin rəhbəri və digər azsaylı xalqların – ukrayna, çərkəz, tatar, qazax, özbək, türk, qırğız, yəhudi, mordva icmalarının üzvləri iştirak ediblər.

Mərkəzin rəhbəri Niyazi Hacıyev milli geyimdə qonaqları salamlayaraq əvvəlcə onları, daha sonra isə bütövlükdə dünya azərbaycanlılarını milli bayramımız münasibətilə təbrik edib.

O, Novruz bayramı və adət-ənənələri haqqında qonaqlara məlumat verərək vurğulayıb ki, ana təbiətin oyanmasının, yazın müjdəçisi olan Novruz Azərbaycanda və digər bir sıra ölkələrdə qeyd olunur.

Tədbirdə yumurta döyüşü, milli rəqslər nümayiş etdirildikdən sonra qonaqlara Azərbaycanın milli təamları təqdim olunub, onlara bayram hədiyyələri verilib.

Qonaqların bəziləri çıxış edərək xalqımızı bayram münasibətilə təbrik edərək arzularını çatdırıblar.

Son xəbərlər

Orphus sistemi