Dövlət Komitəsi: Polşadan Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Dövlət Komitəsi: Polşadan Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb Bakı. 6 iyun. REPORT.AZ/ Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlilari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.
Diaspor
6 İyun , 2018 09:49
Dövlət Komitəsi: Polşadan Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb
Report
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlilari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, nəticədə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb.

Bildirilib ki, problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.

PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər: "Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracayıq".

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycanın Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

Son xəbərlər

Orphus sistemi