Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda axıska türkü olan gənclərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda axıska türkü olan gənclərlə görüşüb Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda ali təhsil alan axıska türkü olan gənclərlə görüşüb.
Diaspor
103
2 Aprel , 2019 13:11
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda axıska türkü olan gənclərlə görüşüb
Report

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda ali təhsil alan axıska türkü olan gənclərlə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Samtsxe Cavaxeti bölgəsi və Tbilisidə təhsil alan, Azərbaycan vətəndaşları olan 50 tələbə iştirak edib.

F.Muradov deyib ki, görüşün məqsədi gənclərlə və onları narahat edən məsələlərlə tanış olmaqdır.

Tələbələr tibbi sığorta, diplomların Azərbaycanda tanınması, bədii kitab və digər məsələlərlə bağlı onları narahat edən məsələləri diqqətə çatdırıblar.

F.Muradov bildirib ki, qaldırılan məsələlərin həlli ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində dəstək göstəriləcək. O, gəncləri Dövlət Komitəsinin hər il Azərbaycanda təşkil etdiyi yay düşərgələrində iştirak etməyə dəvət edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi