Diaspor rəhbəri: "Azərbaycanı hədəf alan söyüş və təhqir kampaniyasını qətiyyətlə pisləyirik"

Diaspor rəhbəri: "Azərbaycanı hədəf alan söyüş və təhqir kampaniyasını qətiyyətlə pisləyirik" Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan hüdudlarından kənarda ölkənin maraqları əleyhinə fəaliyyət göstərmək, onun imicinə xələl gətirən kampaniyalarda iştirak etmək heç bir halda təqdir oluna bilməz.
Diaspor
10 Aprel , 2018 12:34
Diaspor rəhbəri: Azərbaycanı hədəf alan söyüş və təhqir kampaniyasını qətiyyətlə pisləyirik

Bakı. 10 aprel. REPORT.AZ/ "Azərbaycan hüdudlarından kənarda ölkənin maraqları əleyhinə fəaliyyət göstərmək, onun imicinə xələl gətirən kampaniyalarda iştirak etmək heç bir halda təqdir oluna bilməz". 

Bunu "Report"a açıqlamasında Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi var: "Hər bir azərbaycanlı bütün gücünü, enerjisini bu problemlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəltməlidir". 

S.Kərimov bəzi qrupların Azərbaycan dövlətini hədəf alan söyüş və təhqir kampaniyasına görə dərin təəssüf hissi keçirdiyini bildirib: "Bu adamların fəaliyyəti nəinki Almaniyada, bütün Avropada yaşayan soydaşlarımızın narahatlığına səbəb olub. Hər kəsin fərqli siyasi düşüncəsi, əqidəsi ola bilər. Lakin bu heç kimə başqalarını təhqir etmək, aşğılamaq haqqı vermir. Bu nə etik normalara, nə də bizim milli-mənəvi dəyərlərimizə sığır. Mən həmin adamları yanlış yoldan çəkinməyə, dövlət atributlarına hörmətlə yanaşmağa çağırıram. Cəmiyyətimizin üzvləri adından söyüş və təhqir kampaniyasını qətiyyətlə pisləyirik".

Son xəbərlər

Orphus sistemi