Diaspor Komitəsi Qarabağla bağlı yeni layihəyə start verir

Diaspor Komitəsi Qarabağla bağlı yeni layihəyə start verir Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır.
Diaspor
24 İyun , 2020 17:59
Diaspor Komitəsi Qarabağla bağlı yeni layihəyə start verir

Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihəyə başlayır. 

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.  

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə həyata keçiriləcək. Mərkəz layihənin informasiya təminatını üzərinə götürüb. 

Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində “Qarabağ saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni zamanda xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq.

Layihənin məsləhətçisi və TV proqramının aparıcısı “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur. 

Son xəbərlər

Orphus sistemi