Diaspor fəalı: “Niderlandda Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına ehtiyac var”

Diaspor fəalı: “Niderlandda Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına ehtiyac var” “Niderlandda Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına ehtiyac var”.
Diaspor
21 İyul , 2023 16:53
Diaspor fəalı: “Niderlandda Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına ehtiyac var”

“Niderlandda Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına ehtiyac var”.

“Report”un xəbərinə görə, bunu Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri İlkanə Qoca bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

O, Niderlandın onlayn kitabxanasında Qarabağ həqiqətləri ilə bağlı materialların az olduğunu söyləyib və burada yalnız 1997-ci ildə dərc olunmuş bir kitabın mövcudluğunu xatırladıb:

"Lakin erməni dilində bu qəbildən onlarla kitab var. Bu isə bizdə böyük təəssüf doğurur. Hesab edirəm ki, bu sahədə böyük boşluq var və həmin problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar Azərbaycan həqiqətlərindən bəhs edən kitabların dərc olunmasına diqqət ayırmalıdır".

Son xəbərlər

Orphus sistemi