Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı yaratmalarına münasibət bildirib

Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı yaratmalarına münasibət bildirib Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı (Rusiya Azərbaycanlıları İttifaqı) yaratmalarına münasibət bildirib.
Diaspor
29 Aprel , 2019 18:06
Diaspor Komitəsi Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı yaratmalarına münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı (Rusiya Azərbaycanlıları İttifaqı) yaratmalarına münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər.

O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: "Hazırda yaşadığı ölkədən asılı olmayaraq soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiayada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir". 

Qeyd edək ki, aprelin 27-də Moskvada Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı keçirilib. Tədbiri Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov təşkil edib. 

Son xəbərlər

Orphus sistemi