BP-nin Londondakı məsul işçisi Britaniyada yaşayan azərbaycanlılarla görüşüb
- 21 yanvar, 2019
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
London. 21 yanvar. REPORT.AZ/ “British Petroleum” (BP) şirkətinin London ofisində Qlobal Biznes Xidmətlərində İnsan Resursları üzrə direktor vəzifəsində çalışan azərbaycanlı Leyla Novruzova Britaniyada Azərbaycanlı Qadınların Assosiasiyasının (AWA UK) təşkil etdiyi “Ruhlandıran söhbətlər”in ilk qonağı olub.
“Report”un London bürosunun məlumatına görə, görüş Azərbaycan Respublikasının Britaniyadakı səfirliyində baş tutub.
L.Novruzova onu dinləməyə gələn azərbaycanlı və xaricdən olan xanımlar ilə karyerasının ilk günlərindən bugünədək olan təcrübəsini bölüşüb, iş həyatının çətin və eyni zamanda maraqlı tərəfləri, insan resursları sahəsində işin özəllikləri, ailə və karyera arasındakı balansın qorunub saxlanması haqqında məlumat verib. O daha sonra görüşə gələn qonaqların suallarını cavablandırıb.
Aytən Abbaslı