Azərbaycanlılar və türklər ​Berlində Bundestaqın qarşısında etiraz aksiyası keçiriblər

Azərbaycanlılar və türklər ​Berlində Bundestaqın qarşısında etiraz aksiyası keçiriblər Aksiyaya misirlilər, fələstinlilər və suriyalılar da dəstək verib
Diaspor
2 İyun , 2016 10:31
Azərbaycanlılar və türklər ​Berlində Bundestaqın qarşısında etiraz aksiyası keçiriblər

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniya parlamentində müzakirə olunacaq qondarma "erməni soyqırımı" ilə bağlı qanuna etiraz olaraq Berlində aksiya keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Almaniya federal parlamenti (Bundestaqı) binasının 100 metrliyində, tarixi Brandenburq qapsının yaxınlığında keçirilən aksiyada "Bundestaq, Avropa hüququna hörmət et!", "Soqırım yalanalrına - Yox!" şüarları səsləndirilib. 

1915-ci ildə Osmanlı imperiyasındakı hadisələrə aid sənədin Bundestaqda səsverməyə çıxarılmasına etiraz olaraq keçirilən aksiyada on mindən çox insan iştirak edib. 

Mitinqdə Almaniya vətəndaşı olan türklərlə yanaşı, azərbaycanlı, misirli, fələstinli və suriyalılar da iştirak ediblər.

Tədbir keçirilən meydanda Almaniya, Azərbaycan, Türkiyə, Misir və Fələstin bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları "Biz Almaniyayıq!", "Şəhidlər ölməz, vətən bölünməz!", "Tarix taxirçilərin öhdəsinə buraxılmalıdır!", "Parlamentlərin bu məsələdə səlahiyyəti yoxdur!" kimi şüarlar səsləndirilib. 

Son xəbərlər

Orphus sistemi