Azərbaycanlılar Rusiyada yaşayan miqrantlar arasında ən yüksək maaş alanlar sırasındadır

Azərbaycanlılar Rusiyada yaşayan miqrantlar arasında ən yüksək maaş alanlar sırasındadır Azərbaycanlılar və gürcülər leqal miqrant statusunda orta hesabla 35,9 min. rubl (600 ABŞ dolları) maaş alır
Diaspor
14 Avqust , 2017 15:23
Azərbaycanlılar Rusiyada yaşayan miqrantlar arasında ən yüksək maaş alanlar sırasındadır

Bakı. 14 avqust. REPORT.AZ/ Rusiyada olan miqrantlar arasında ən yüksək əməkhaqqını Belarus, Azərbaycan və Gürcüstandan olanlar alır.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Rusiyanın "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin apardığı araşdırmalara əsasən, 2017-ci ildə leqal miqrant statusunda azərbaycanlılar və gürcülər orta hesabla 35,9 min. rubl (600 ABŞ dolları) maaş alırlar.

Birinci yeri Belarusdan olan miqrantlar tutur - 41,1 min. rubl (686 ABŞ dolları).

Ermənistandan olan əmək miqrantlarının maaşı orta hesabla 31,1 min. rubl (519 ABŞ dolları) təşkil edir.

Qeyd edilir ki, adətən azərbaycanlılar Rusiyaya qısamüddətli gəlirlər və onların əksəriyyəti öz həmyerlilərinin müəssisələrində, ticarət sahəsində işləyir.

Azərbaycanlı miqrantlar arasında keçirilən sorğuya əsasən, miqrantların 58,1% Rusiyada daimi qalmaq arzusunda, 17,5% tez-tez vətəninə gedib-gəlmək, 9,2% Rusiyada 1-2 il işləmək, 5,8% RF-də bir neçə ay işləyib qazanc əldə etmək niyyətindədir. Digər sorgu iştirakçıları cavab verməkdə çətinlik çəkib.

Araşdırmalar nəticəsində məlum olub ki, 2014-cü ildə Azərbaycan miqrantları arasında qeydə alınan ən yüksək göstərici ilə müqayisədə azalma müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi