Azərbaycanın diaspor təşkilatı Ukraynada uşaqlar üçün bayram tədbiri keçirib

Azərbaycanın diaspor təşkilatı Ukraynada uşaqlar üçün bayram tədbiri keçirib Ukraynanın Poltava vilayəti Azərbaycanlıları Radasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə körpə uşaqlar üçün qeyd olunub
Diaspor
31 Dekabr , 2021 17:36
Azərbaycanın diaspor təşkilatı Ukraynada uşaqlar üçün bayram tədbiri keçirib

Ukraynanın Poltava vilayəti Azərbaycanlıları Radasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə körpə uşaqlar üçün bayram tədbiri qeyd olunub.

Radanın vilayət üzrə sədri Füzuli Qənbərov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, əsasən yerli uşaqların iştirakı ilə baş tutan bayram tədbirinə müxtəlif millətlərdən olan azyaşlılar qatılıb.

Uşaqlara Azərbaycan tarixi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məlumatlar verilib.

Daha sonra konsert proqramı ilə tədbir davam edib, bayram hədiyyələri paylanılıb.

Son xəbərlər

Orphus sistemi