Azərbaycanın diaspor rəhbəri Ukraynanın vilayət qubernatoru ilə görüşüb

Azərbaycanın diaspor rəhbəri Ukraynanın vilayət qubernatoru ilə görüşüb Bakı. 3 avqust. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev ölkənin Çerkassı vilayətinin Uman şəhərində vilayət qubernatoru, dövlət rəsmiləri ilə görüşüb.
Diaspor
3 Avqust , 2018 17:49
Azərbaycanın diaspor rəhbəri Ukraynanın vilayət qubernatoru ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev ölkənin Çerkassı vilayətinin Uman şəhərində vilayət qubernatoru, dövlət rəsmiləri ilə görüşüb. 

"Report" xəbər verir ki, R. Tağıyev vilayət qubernatoru Yuriy Tkaçenko ilə bölgədəki millətlərarası münasibətləri, o cümlədən Azərbaycan-Ukrayna arasında biznes münasibətlərində Çerkassının rolunu müzakirə ediblər. Bildirilib ki, Azərbaycandan Ukraynaya və yaxud Ukraynadan Azərbaycana sərmayə axının güclənməsində BUAK-ın rolu güclüdür. Y. Tkaçenko Azərbaycan diasporunun vilayətin iqtisadi həyatında rolunu yüksək qiymətləndirib, R. Tağıyevin fəaliyyətini təqdir edib. 

Görüşdə ölkənin yəhudi icmasının nümayəndələri də iştirak edib. Görüş zamanı qeyd olunub ki, yəhudilərin dini tarixi ilə bağlı yaradılan İşçi Qrupunda Rövşən Tağıyev də yer alıb.

Müzakirələr digər dövlət rəsmiləri ilə davam edib.

Son xəbərlər

Orphus sistemi