İstanbul. 8 noyabr. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərində Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilir.
"Report" Türkiyə birosu xəbər verir ki, Türkiyənin
Türk Şurasının baş katibi Bağdad Amreev iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. O, toplantıda quruma üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və vahid strategiyanın qəbul edilməsinə dair mühüm qərarlar olacaq.
Tükiyənin mədəniyyət və turizim naziri Mehmet Nuri Ərsoy bildirib ki, iclasda Türkiyə-Azərbaycan, həmçinin Türkiyə-Qazaxıstan arasında əməkdaşlığın inkişafı, türkdilli ölkələrin bu sahədəki təcrübə imkanlarının paylaşılması məqsədilə Anlaşma Memorandumu imzalanacaq.
Qeyd edək ki, toplantı çərçivəsində Tükiyənin mədəniyyət və turizim naziri Mehmet Nuri Ərsoyla diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.
Vüsalə Abbasova