Almaniyanın Braunlage şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib.
Toplantıya Diaspor Komitəsinin nümayəndə heyəti, komitənin sədri
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub və irihəcmli layihələr barədə məlumat verilib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı çıxış edib.
Qeyd olunub ki, AATEİB təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda yerli tələbə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Bundan başqa, alman dilinə tərcümə olunan Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Bununla yanaşı, toplantı iştirakçıları müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Hesabat yığıncağı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə keçirilib.
Braunlage şəhərində keçirilən toplantının davamında Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib və Şuranın gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr də aparılıb.