Almaniyada yaşayan azərbaycanlılar Berlində etiraz aksiyası keçirəcəklər

Almaniyada yaşayan azərbaycanlılar Berlində etiraz aksiyası keçirəcəklər Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşilikləriniə yönəlmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək
Diaspor
6 İyul , 2017 16:45
Almaniyada yaşayan azərbaycanlılar Berlində etiraz aksiyası keçirəcəklər

Bakı. 6 iyul. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatı nəticəsində dinc sakinlər Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanmasına etiraz olaraq Almaniyada yaşayan soydaşlarımız Berlində aksiya keçirəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, aksiya iyulun 8-də saat 14.00-da Berlində, Brandenburq qapılarının qarşısında baş tutacaq. Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşilikləriniə yönəlmək məqsədi ilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər.

Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi