Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olunub

Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olunub Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası" filminin təqfimatı keçirilib.
Diaspor
25 Oktyabr , 2023 12:49
Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olunub

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası" filminin təqdimatı keçirilib.

"Report"un məlumatına görə, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.

Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film onun dağ yəhudiləri haqqında yeddinci filmidir.

Son xəbərlər

Orphus sistemi