ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsi dərc olunub

ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsi dərc olunub "Azərbaycanda yəhudilərin dinc şəraitdə yaşamalarının qarantı Azərbaycan hökuməti və xalqıdır"
Diaspor
7 Aprel , 2015 10:19
ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsi dərc olunub

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın böyük yəhudi qəzetlərindən olan və Los Ancelesdə buraxılan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin geniş məqaləsi dərc olunub. Bu barədə “Report”a Azərbaycanın Baş Konsulluğundan məlumat verilib.

“Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqalədə müəllif, Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır.

M.Yevdayev 2015-ci ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edir. O bildirir ki, dağ yəhudiləri 2000 ildən çoxdur ki, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və öz dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.

Eyni zamanda, M.Yevdayev bildirir ki, Azərbaycan öz tolerantlığı ilə bütün dünya üçün gözəl bir nümunədir. “Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristiyanların sülh, qarşılıqlı hörmət və ehtiram şəratində birgə yaşamasının mümkünlüyünü sübut edir”, - deyə müəllif qeyd edir.

Son xəbərlər

Orphus sistemi